Arıçılara 5 milyon manatdan artıq subsidiyanın verilməsi nəzərdə tutulub
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.
Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395090 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir. “Arıçılara ödənilən subsidiyanın ölkəmizdə bu təsərrüfat sahəsinin inkişafına, məhsuldarlığın artmasına xidmət edəcəyinə əminik. Yeni mexanizm bizə bu təsərrüfat sahəsinin inkişafında maraqlı olub, lakin məhsuldarlığı az olan bölgələri müəyyənləşdirməyə şərait yaradacaq. Bu da gələcəkdə məhsuldarlığı artırmaq üçün dəstək layihələri hazırlamağımıza imkan verəcək”, -deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.
Qeyd edək ki, bu ildən tətbiq edilən yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı istehsalçılarına verilən bütün subsidiyalar, o cümlədən arıçılara ödənilən subsidiya EKTİS-də vahid sistemdə birləşib. Arıçılar subsidiya almaq üçün öz təsərrüfatları, arı pətəklərinin sayı, bəslədikləri arının cinsi haqda məlumatları bu sistemdə yerləşdirirlər. Arıçıların EKTİS-də 2020-ci subsidiya ili üçün qeydiyyatı mayın 31-də başa çatıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 59 d. əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























