AccessBank yeni premium kartlarını istifadəyə verdi
Müasir dövrdə kartdan istifadə sürətlə artır - insanlar tədricən nağdsız ödənişlərə və onlayn alış-verişlərə üstünlük verirlər. İstər xarici səfərlərdə, istər gündəlik həyatda artıq özünlə nağd şəkildə çoxlu pul daşımağa ehtiyac yoxdur.
Plastik kartlar istifadədə dahat rahatdırlar və istifadəçiləri üçün geniş imkanlar yaradırlar. Hər zaman müştərilərin istəklərinə uyğun olaraq fərqli məhsullar təqdim edən AccessBank bir neçə plastik kart təklif edir.
Bankın təqdim etdiyi kartlar arasında müştərilər tərəfindən ən çox rəğbət qazanan ötən il istifadəyə verilən myCard-dır.
myCard-a olan marağı nəzərə alan Bank bu yaxınlarda yeni premium klass növü olan myCard Gold və myCard Platinum kartını istifadəyə verib. myCard Classic ilə müqayisədə myCard Gold və myCard Platinum daha geniş imkanlar yaradır və sahibinin özəl statusunu təsdiqləyir. Premium klass kartların sahibləri dünyanın hər yerində VİP müştəri kimi qarşılanır, onlara fərqli, daha yüksək xidmət göstərilir.
myCard sadəcə ödəniş kartı deyil, o həm də depozit kartıdır və bundan əlavə özündə bir sıra özəllikləri birləşdirir. Məsələn, müştərilər kart hesablarında olan müsbət qalığa gəlir əldə edirlər.
Həmçinin, Bankın bankomatlarından vəsait nağdlaşdırılarkən heç bir komissiya tutulmur, myCard-la ödəniş edildikdə isə AccessQazanc cash-back proqramı çərçivəsində pulun bir hissəsi müştərilərin hesabına geri qayıdır.
myCard-ın üstünlükləri bununla bitmir, bu kartı əldə etdikdə müştərilərə Onlayn Bankinq, SMS-məlumatlandırma və 3D Secure xidmətləri pulsuz təqdim olunur. Daha ətraflı məlumatı Bankınwww.accessbank.az saytından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





