Xəzinə 25 milyon manat borc alır
9 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 25 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0105010786 |
Emissiya həcmi | 25 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz ödənişləri (olduqda) | 8 dekabr 2020-ci il, 8 iyun 2021-ci il, 7 dekabr 2021-ci il, 7 iyun 2022-ci il |
Faiz gəliri | 10 % |
Ödəmə tarixi | 07.06.2022 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
23 d. əvvəl
"Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır"
-
25 d. əvvəl
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başlayıb
- 25 d. əvvəl
- 32 d. əvvəl
-
57 d. əvvəl
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
Ən çox oxunanlar
"Tərəflər ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmaq barədə razılığa gəliblər"
Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb
Taleh Kazımov: "Sahəvi banklara ehtiyac yoxdur"
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır
























