"Sığorta şirkətlərinin vəziyyəti qənaətbəxşdir"
“Sığorta şirkətlərinin hazırkı maliyyə dayanıqlılığı göstəriciləri qənaətbəxşdir. Amma bu sahədə müxtəlif problemlər də mövcuddur və problemlərin aradan qaldırılması üçün addımlar atılır”.
Bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, ötən ilin noyabr ayından etibarən sığorta sahəsində tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Banka həvalə edildikdən sonra, aparılan təhlillər əsasında sığorta sektorunun inkişaf strategiyası hazırlanıb:
“Belə ki, strategiyanın əsas istiqamətləri sığorta qanunvericiliyinin müəyyən istiqamətlər üzrə modifikasiyasını, istehlakçıların hüquqlarının qorunması məqsədi ilə sığorta qanunvericiliyində müəyyən istiqamətlərin alınmasını, sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə elektronlaşma istiqamətində layihələrin hazırlanması nəzərdə tutulub. Artıq elektronlaşma istiqamətində müəyyən işlərə start verilib”.
O bildirib ki, Mərkəzi Bank sığorta sektorunda fəaliyyət göstərən kadrların təlimləri üçün beynəlxalq institutlarla danışıqlar aparılıb və qısa müddətdə təlim-tədris işlərinə start veriləcək.
Hazırda Azərbaycanın sığorta bazarında 20 sığorta, bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Onlardan 4-ü həyat, 16-si isə qeyri-həyat sığorta şirkətidir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
25 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
31 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 33 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib

























