Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb. Hazırda Mərkəzi Banka lisenziyanın alınması üçün müraciət edilib.
Bu barədə məlumat verən mənbənin sözlərinə görə, koronavirus pandemiyasına görə müəyyən ləngimələr oldu: "İdarəedici şirkət formalaşdıqdan sonra aqrar məhsulların sığortalanması prosesinə başlanılması gözlənilir. Bu istiqamətdə bütün məsələlər plan üzrə aparılır. Bu ilin ikinci yarısında istehlakçılara sığorta xidmətlərin təqdim edilməsi gözlənilir”.
Mənbə qeyd edib ki, idarəedici şirkətdə təmsil olunacaq sığorta şirkətləri bərabər paylara sahib olacaq: “Səs çoxluğu, pay çoxluğu olmayacaq”.
Xatırladaq ki, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru sığortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədi ilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığortalanacaq. Heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
9 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
9 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
10 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"


























