Apreldə Azərbaycanda minik avtomobili istehsal edilməyib
2020-ci ilin yanvar-aprel ayları Azərbaycanda 672 ədəd minik avtomobili istehsal edilib (yığılıb).
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin ilk 4 ayında avtomobili istehsalı 54,1% artıb.
Qeyd edək ki, 54,1%-lik artım ilk 3 aydakı istehsaldan qaynaqlanır. 2020-ci ilin 1-ci rübü ərzində Azərbaycanda 672 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Aprel ayında Azərbaycanda minik avtomobili istehsal edilməyib.
2020-ci ilin yanvarında 192 ədəd, Fevralda 288 ədəd, Mart ayında isə 192 ədəd minik avtomobili istehsal olunub.
01.05.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 218 ədəd təşkil edib. 01.04.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 221 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycanda 2360 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci illə müqayisədə minik avtomobili istehsalı 2,4 dəfə artıb.
Azərbaycanda Neftçala və Naxçıvan yerləşən zavodlar minik avtomobilləri yığırlar.
TRAKTOR İSTEHSALI TƏNƏZZÜLDƏDİR
2020-ci ilin ilk 4 ayında Azərbaycanda 105 ədəd traktor yığılıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 73.9% azdır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
30 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
54 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
























