6 900 AZN həcmində səyahət paketi qazanmaq imkanı!
Expressbank-ın müştəriləri Visa ödəniş kartlarının sərfəli üstünlüklərindən və təkliflərindən istifadə edərək səyahətdən maksimum zövq ala bilirlər.
Belə ki, Expressbank-ın növbəti təklifi Visa kart sahibləri üçün səyahət şansını və ya gələcək səfərlər üçün çamadan qazanmaq imkanıdır. Bunun üçün sadəcə bankın Visa ödəniş kartları ilə xaricdə istənilən ticari-xidmət müəssisəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə nağdsız əməliyyat aparmaq və tranzaksiyanıwww.visa.com.az saytında onlayn qeydiyyatdan keçirtmək yetərlidir.
“Mən dünyanı belə görürəm. Bəs sən?” şüarı altında stimullaşdırıcı lotereya 16 iyun 2017 il tarixinədək Expressbank-ın istənilən Visa kartı ilə ölkə xaricində ödəniş edən müştərilər arasında keçirilir. Uduş fondu 6 900 AZN məbləğində 1 səyahət vauçeri və 3 ədəd Samsonite Dynamo çamadanı təşkil edir.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























