Beynəlxalq Bankın dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək
(®️) Böyük audit-konsaltinq şirkətlərindən olan “EY Azərbaycan”ın Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirdiyi “EY İlin İş Adamı™” müsabiqə-proqramına qəbul başa çatıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də strateji tərəfdaşlıq dəstəyi göstərdiyi proqrama onlarla kiçik və orta sahibkar müraciət edib.
Müvafiq meyarlara uyğun seçim prosedurundan sonra 12 iddiaçı finalda qalib olmaq uğrunda yarışacaq. Onların hər biri fərqli sahələr üzrə fəaliyyət göstərən iş adamlarıdır. Azərbaycanda “EY İlin İş Adamı™” adını qazanmaq üçün yarışan iş adamları sırasında dəmir məmulatları, boru, şüşə, mebel, kənd təsərrüfatı məhsulları istehsalı, tikinti, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə çalışan sahibkarlar var.
Qeyd edək ki, “EY İlin İş Adamı™” müsabiqəsinin məqsədi öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən sahibkarların nailiyyətlərini tanıtmaqdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib. Hazırda 60-dan çox ölkədə, 145 şəhərdə hər il mütəmadi keçirilir. “EY İlin İş Adamı™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır.
Azərbaycanda bu müsabiqəyə ilk dəfə qatılan finalçı sahibkarların biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. 25 aprel 2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq onlayn qaydada baş tutacaq tədbirdə qalib elan olunacaq. Final mərhələsinin qalibi olan sahibkar “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı belə bir proqramın ölkəmizdə təşkilinə kömək göstərməklə yerli sahibkarların nailiyyətlərinin dəstəklənməsinə, motivasiyasına, onların bir araya gətirilməsinə və sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
31 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb





















