Azərbaycanda koronavirusa yoluxma faktı yenidən azaldı - SON MƏLUMAT
Son 24 saatda Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108 min 221 test aparılmışdır.
Xatırladaq ki, 8 Apreldə 105 yoluxma (ən çox), 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə ilə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə isə 44 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
31 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
























