"PASHA Bank Cup II" yarışmasının ilk mərhələsinə hazır olun
(®️) Proqramlaşdırma sahəsində təcrübəsi olan şəxslərin praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup II" yarışmasının ilk təsnifat mərhələsinə start veriləcək. İlk mərhələnin mövzusu - “İcra və Məlumat Strukturları” (“İmplementation and Data Structures”) olacaq.
İlk təsnifat mərhələsində iştirak etmək üçün məktəblilər, tələbələr və peşəkar proqramçılar daxil olmaqla müxtəlif yaş qruplarına aid istedadlı yerli proqramçılar dəvət olunurlar. Müsabiqənin şərtlərinə görə, "PASHA Bank Cup II" yarışmasının ilk mərhələsi 1 may 00:00-dan - 4 may 23:59-dək açıq olacaq. Bu mərhələdə iştirakçılara mövzü üzrə 6 sual və onların cavablandırılmasına 4 saat vaxt veriləcək. Yarışmaya qoşulmaq üçün bu keçiddən istifadə edin:
http://hr.gs/pashabank-cup-v2-1
Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzulara hazırlaşmaq üçün aşağıdakı kitab və kurslar tövsiyə edilir:
Əsas mənbələr:
1. Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
2. The Algorithm Design Manual by Steven Skiena
Onlayn kurslar:
1. https://www.coursera.org/learn/algorithms-part1
2. https://www.coursera.org/learn/algorithms-part2
3. https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/
Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr aparmaq üçün “Slack” kanalına (https://join.slack.com/t/digital-engineers-az/shared_invite/zt-a07erj43-IrkyYL8~4Ap0HfwQ78HsnA) qoşula bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
1 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Suriyada yeni pul vahidi dövrü başlayır
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Ən çox oxunanlar
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı























