"PASHA Bank Cup II" yarışmasına start verilir
(®️) Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank Azərbaycanda İT-sahəsinin inkişafına dəstək verməyə davam edir və müvafiq sahədə çalışan mütəxəssilərin və təhsil alan cavan kadrların potensialının artırılmasına yönəlmiş ikinci "PASHA Bank Cup" yarışmasına start verir.
Yarışmada iştirak etmək üçün məktəblilər, tələbələr və peşəkar proqramçılar daxil olmaqla müxtəlif yaş qruplarına aid istedadlı yerli proqramçılar dəvət olunurlar. Ötən ildə olduğu kimi, yarışma 4 təsnifat mərhələsi və final mərhələsindən ibarət olacaq. Hər bir təsnifat mərhələsində ölkənin ən güclü İT-mütəxəssiləri fərqli fundamental mövzularda onlayn müsabiqələrdə yarışacaq və ən çox xal toplayan proqramçılar "PASHA Bank Cup" kuboku uğrunda mübarizə aparacaqlar.
HackerRank platforması üzərindən keçiriləcək müsabiqənin ilk mövzusu “Kodlaşdırma tətbiqi və Data Strukturlar” (“Implementation and Data Structures”) olacaq və bir neçə alqoritm sualından ibarət olan bu mərhələdə iştirakçıların ümumi kodlaşdırma, əsas data strukturlar və sadə alqoritmik təfəkkürü yoxlanılacaq. Yarışmada iştirak etmək istəyən hər kəs HackerRank platformasında qeydiyyatdan keçməli və müsabiqəyə başlamadan öncə özü haqqında məlumatları və CV-ni yükləməlidir.
"PASHA Bank Cup II" yarışmasının ilk müsabiqəsi 1 may 00:00-dan - 4 may 23:59 kimi açıq olacaq və ilk mərhələnin tamamlanması üçün iştirakçıya 4 saat veriləcək.
Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzulara hazırlaşmaq üçün mənbə verilir və vaxt ayrılır. Biliklərinizi artırmaq, yeni məlumatlar əldə etmək və müsabiqədə uğurlu iştirak üçün PAŞA Bankın Rəqəmsal Laboratoriya komandası aşağıdakı kitab və kursları tövsiyə edir və onları əldə etmək üçün keçidləri diqqətinizə çatdırır:
Kitablar və mənbələr:
1. Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
2. The Algorithm Design Manual by Steven Skiena
Onlayn kurslar:
1. https://www.coursera.org/learn/algorithms-part1
2. https://www.coursera.org/learn/algorithms-part2
3. https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaq. Üstəlik, yarışma zamanı yüksək nəticələr göstərən iştirakçılar PAŞA Bankın Rəqəmsal Laboratoriyasında təcrübə proqramında iştirak etmək və hətta Bankda işləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “PASHA Bank Cup” yarışmalarının əsas məqsədi iştirakçılarına yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli şərait yaratmaqdır. 2019-cu ildə bu yarışda 250-dən çox mütəxəssis iştirak etmişdir. Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr üçün “Slack” kanalına (https://join.slack.com/t/digital-engineers-az/shared_invite/zt-a07erj43-IrkyYL8~4Ap0HfwQ78HsnA) qoşula bilərsiniz.
2019-cu ildə keçirilən ilk "PASHA Cup" haqqında əlavə məlumat almaq üçün bu linkə keçid alın: https://www.pashabank.az/press_centre,1509/lang,az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 43 d. əvvəl
-
-
46 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















