Contact Təcili pul köçürmə sistemi indi DostBank-da!
(®️) Bütün dünyanın koronavirus pandemiyası ilə savaşdığı bu çətin günlərdə müştərilərinin rahatlığını düşünən və bank xidmətlərini daha əlçatan etməyə çalışan ölkənin innovativ bankı Bank of Baku, uzaq məsafələri onlar üçün daha yaxın etdi.
İndi, ölkəxaricində yaşayan yaxınlarına pul göndərmək istəyən şəxslər, bunu Bank of Baku-nun DostBank mobil tətbiqində Contact Təcili Pul köçürmə sistemi ilə rahatlıqla həyata keçirə bilərlər.
Belə ki, Bank of Baku-nun müştəriləri DostBank mobil tətbiqi ilə bankın filiallarına yaxınlaşmadan və növbə gözləmədən bir neçə saniyə ərzində xaricə pul köçürə biləcəklər. Bunun üçün DostBank mobil tətbiqində “Köçürmələr” bölməsinə daxil olub,
-“Contact Pul Köçürmə” düyməsini klik etməli;
-Vəsaiti alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
-Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
-Köçürmə üçün istifadə olunacaq kartı seçməli (istər debet, istər taksit kartı)
-Göndəriləcək məbləği daxil etməli;
-Əməliyyatı təsdiq etməlidirlər.
Əməliyyat tamamlandıqdan sonra vəsaiti göndərən müştəri SMS ilə əldə etdiyi kodu qarşı tərəfə təqdim etməlidir. Pulu alan şəxs bu kod vasitəsilə “Contact” pul köçürmə sistemi olan istənilən bankdan göndərilən vəsaiti ala bilər.
Müştərilər DostBank mobil tətbiqi vasitəsilə Contact Təcili Pul köçürmə sistemindən istifadə edərək olduqları məkanı tərk etmədən və günün istənilən saatında vəsaitlərini aşağıdakı ölkələrə göndərə bilərlər:
-Rusiya
-Belarusiya
-Gürcüstan
-Qazaxıstan
-Qırğızıstan
-Moldova
-Özbəkistan
-Tacikistan
Qeyd edək ki, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını Bank of Baku yaratmışdır. Müştərilər DostBank mobil tətbiqi ilə yanaşı, Bankın İnternet Bankçılıq xidməti və ya ödəniş terminalları vasitəsilə də ölkəxaricinə pul köçürə bilərlər.
DostBank mobil tətbiqi müştərilərə zaman və məkan fərqi olmadan bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir. Bank of Baku-nun mobil tətbiqini yükləmək istəyənlər bu linklərə daxil ola bilərlər:
-IOS üçün - https://apple.co/39NcpQL
-Android üçün - http://bit.ly/2TMxWU1
Bank of Baku-nun bu və ya digər yenilikləri barəsində daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
-
- 9 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 24 d. əvvəl
-
46 d. əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 49 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Ən çox oxunanlar
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma

















