Ötən gün karantin rejimini pozan 1 499 sürücü cərimələnib
6 945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilibKoronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 499 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6 945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
DİN Baş DYP İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















