“Atəşgah Həyat”ın xalis mənfəəti artıb
“Atəşgah Həyat Sığorta Şirkəti” ASC 2019-cu ili 6 milyon 961 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 5,8% çoxdur. Belə ki, “Atəşgah Həyat Sığorta Şirkəti” ASC 2018-ci ili 6 milyon 604 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Atəşgah Həyat”ın cəmi gəlirləri 36 milyon 942 min manat, cəmi xərcləri isə 28 milyon 240 min manat təşkil edib. Şirkət 8 milyon 702 min manat əməliyyat mənfəətindən 1 milyon 740 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Atəşgah Həyat Sığorta Şirkəti”nin cəmi gəlirləri 31 milyon 619 min manat, cəmi xərcləri isə 23 milyon 364 min manat təşkil etmiş, 8 milyon 255 min manat maliyyə mənfəətindən 1 milyon 651 min manat mənfəət vergisi ödənmişdi.
İllik müqayisədə “Atəşgah Həyat”ın topladığı sığorta haqları 2018-ci ildəki 60 milyon 104 min manatdan 2019-cu ildə 39 milyon 204 min manata geriləyib, sığorta ödənişləri isə 14 milyon 740 min manatdan 19 milyon 363 min manata yüksəlib. Sığorta haqlarının azalmasına baxmayaraq cəmi gəlirlərin artması Şirkətin sığorta ehtiyatlarına ayırmasının 31 milyon 729 min manatdan 6 milyon 330 min manata düşməsi ilə bağlıdır.
Sığorta haqlarının azalması vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin ötən ilin əvvəlindən qüvvəyə minməsilə əlaqədardır.
İNVESTİSİYA GƏLİRLƏRİ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Atəşgah Həyat”ın investisiya gəlirləri 49% artaraq 4 milyon 6 min manat təşkil edib.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2019-cu il tarixində “Atəşgah Həyat” 97 milyon 476 min manat cəmi aktivlərə malik olub. Şirkət 2018-ci ilin sonunda 89 milyon 427 min manat cəmi aktivlərə malik idi.




Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















