Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Daha bir ölkə nəhəng internet şirkətlərindən vergi almağı nəzərdə tutur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir ölkə nəhəng internet şirkətlərindən vergi almağı nəzərdə tutur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İspaniya hökuməti, Google, Apple, Facebook, Amazon, İnstagram kimi ABŞ-ın nəhəng internet şirkətlərindən vergi almaq üçün hərəkətə keçib. 

 

Marja xəbər verir ki, ölkənin Nazirlər Kabineti tərəfindən parlamentə göndərilən qanun layihəsində, dövriyyəsi qlobal miqyasda minimum 750 milyon avro, İspaniya daxilində isə 3 milyon avro olan internet şirkətlərindən İspaniyada əldə etdiyi gəlir üzərindən 3% vergi alınması nəzərdə tutulur.

 

İspaniya hökuməti yeni vergi ilə ildə 850 milyon avro gəlir əldə etməyi hədəfləyir. Google, Amazon, Apple və Facebook 2017-də İspaniya büdcəsinə cəmi 24 milyon avro ödəyiblər. 

 

Avropa ictimaiyyətdə "Google vergisi" olaraq adlandırılan elektron verginin İspaniya məclisində payızda qəbul edilməsi gözlənilir.

 

Son bir neçə ildə İtaliya, Almaniya, Fransa və Macarıstanda da bənzər vergi qərarları verilib, buna reaksiya göstərən ABŞ rəhbərliyi, tətbiqinə başlanılması halında Avropadan idxala 25% gömrük vergisi tətbiq ediləcəyi ilə hədələyib.

19.02.2020 07:26
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR