Bank BTB "filiallar rahat məkanda" işlərinə başlayıb - AÇIQLAMA
Yeni filiallar açılacaq
Bank BTB, "Premium" və “Ticarət” filiallarını bağladığı və 50-dən çox işçisini ixtisar etdiyi barədə yayılmış xəbərlərə münasibət bildirib.
Bankın Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov "Marja"ya bildirdi ki, Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.
“Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən “Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib” – deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi.
Fuad Cəfərov əlavə etdi ki, yuxarıda qeyd edilən standartlara cavab verən "Azadlıq" filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.
Bunlarla yanaşı, bu il Bank BTB üçün əlamətdar ildir, çünki, Bank öz fəaliyyətinin 10 illiyini qeyd edir:
"Fəaliyyətimizin 10 illiyini əhatə edəcək “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq. Sürətlə böyüyən Bank BTB-nin 2019-cu il maliyyə göstəriciləri ilə yanaşı, işçi sayında da 16% artım müşahidə olunur".
Xəbər verdiyimiz kimi, Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə çoxdur. 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























