Ən yuxarı (mobil)_30

Tramp 4,8 trilyon dollarlıq büdcə təklifini Konqresə göndərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp 4,8 trilyon dollarlıq büdcə təklifini Konqresə göndərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp təxminən 4,8 trilyon dollarlıq 2021-ci il maliyyə ilə dövlət büdcəsi təklifini Konqresə göndərib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "Amerikanın Gələcəyi" başlıqlı 132 səhifəlik büdcə təklifində milli təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. 

 

Trampın 4,8 trilyon dollarlıq büdcə təklifində hökumət xərclərinin 10 il ərzində 4,4 trilyon dollar azaldılması hədəflənir.

 

Büdcə kəsirinin eyni dövrdə 4,6 trilyon dollar azaldılması nəzərdə tutulur, ölkənin iqtisadi artımının gələn il 3% səviyyəsində reallaşması gözlənilir.

 

Trampın büdcə təklifində müdafiə xərcləri üçün 636,4 milyard dollar, səhiyyə xidmətləri üçün 96,4 milyard dollar və təhsilə 66,6 milyard dollar vəsait ayrılması planlaşdırılır.

11.02.2020 05:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18