2 ildə yeni terminal ilə 700 min tona yaxın yük aşırılıb
2019-cu ildə terminaldan, ADY Express tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub.
ADY Express-in yaydığı məlumatda bildirilir ki, terminalın fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra, buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.
Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində, işlər həyata keçirilməkdədir.
Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq, yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu. 2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan, terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İrana ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.
İnşahat işlərinə başlanandan, yəni 3 il ərzində mühüm işlər görülüb. Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xəttdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunur nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Görülən mühüm işlərə baxmayaraq, terminalın inşası davam etdirilir. Yaxın zamanlarda terminal daxili daha 4 xətt dəmir yolunun tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatları aparılan meydançaların sahəsi artırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
2 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
3 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib






















