“Günay Sığorta” - “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin”
(®) 7 yanvar 2020-ci il tarixində Günay Sığorta, Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” adlı məktəblərarası yarış keçirmişdir. Yarışın əsas məqsədi yol hərəkəti qaydaları, təhlükəsizlik kəməri və uşaq avto-oturacaqları mövzusunda uşaqların bilik və bacarıqlarını qiymətləndirmək və onlara yeni biliklər aşılamaq idi.
Yarışma üç mərhələdə təşkil olunmuşdur. I mərhələdə komandalar yol qaydaları, uşaq avto-oturacaqları və təhlükəsizlik kəməri ilə bağlı sualları cavablandırmış və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. II mərhələdə uşaqların yaradıcılıq qabiliyyətlərini yoxlamaq üçün komandalara yol nişanı, təhlükəsizlik kəməri və uşaq avto-oturacağı ilə bağlı rəsm çəkmək tapşırılmışdır. Burada əsas məqsəd onların mövzunu başa düşməsi və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətini vurğulaması idi. Sonuncu mərhələdə isə məktəblilər yol nişanları və uşaq avto-oturacağı əks olunmuş şəkillərin “puzzle”-larını yığmışdı.
Yarışın qalibləri Günay Sığorta, AMAK, Baş Dövlət Yol Polisi İdarəsi, UNICEF Azərbaycanvə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan hədiyyələrlə və sertifikatla mükafatlandırılmışdır.
Yarışdan sonra iştirakçı valideynlər arasında müsabiqə keçirilmiş və qalib uşaq avto-oturacağı ilə mükafatlandırılmışdır. Münsiflər heyətinin üzvləri uşaqları, həmçinin də valideynləri təhlükəsizlik kəmərlərinin və uşaq avto-oturacaqlarının əhəmiyyəti barədə maarifləndirmə müzakirələri aparmış və onların insan həyatını necə xilas etdiyi barədə həm beynəlxalq, həm də öz təcrübələrini bölüşmüşlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib





















