"Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur" - NAZİR
“Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur".
Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.
"Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb. Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















