Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək
Prezident İlham Əliyevin sərəncamı əsasında Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında Azərbaycan Respublikasının iştirakı ilə bağlı qərar qəbul olunub.
Sərəncama əsasən, ölkəmizin BYİB-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti maliyyə naziri Samir Şərifova və ədliyyə naziri Fikrət Məmmədova verilib.
Maliyyə Nazirliyindən Marjaya veriln məlumata görə, əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycan Respublikasının 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon ABŞ dolları olan 2.371 (ümumi səs paritetinin 0,13 faizi) səhmə malikdir. 189 səhmdar ölkəyə məxsus dünyanın ən böyük inkişaf bankı olan BYİB orta gəlirli və kreditalma qabiliyyəti aşağı olan ölkələri kredit, zəmanət, riskin idarə edilməsi məhsulları və maliyyə məsləhətləri ilə təmin etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















