Azərbaycan əhalisinin elektron ticarət ilə nağdsız ödənişləri kəskin artıb – 3 MİLYARD MANATA YAXINLAŞIB
Ötən il elektron ticarət ilə nağdsız ödənişlər təxminən 2 dəfə artıb.
2018-ci illə müqayisədə 2019-cu ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi həcmi 5 milyard 468 milyon manat və ya 31% artaraq 23 milyard 241 milyon manat təşkil edib. 2018-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 17 milyard 773 milyon manat təşkil etmişdi.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, kartlar vasitəsilə ölkə daxilində 21 milyard 764 milyon manatlıq əməliyyatlar aparılıb.
Ölkədaxili əməliyyatların təxminən 80%-ni və ya 17 milyard 285 milyon manatını nağd pulun çıxarılması, 20%-ni və ya 4 milyard 479 min manatını nağdsız ödənişlər təşkil edib.
2018-ci ildə 16 milyard 583 milyon manatlıq ölkədaxili əməliyyatın 83%-ni və ya 13 milyard 762 milyon manatını nağd pulun çıxarılması, 17%-ni və ya 2 milyard 821 milyon manatını nağdsız ödənişlər təşkil etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə POS-terminallar ilə nağdsız ödənişlər 19,5% və ya 218 milyon manat artaraq 1 milyard 333 milyon manat təşkil edib. 2018-ci ilin sonunda POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 115 milyon manata çatmışdı.
Ötən il elektron ticarət ilə nağdsız ödənişlər təxminən 2 dəfə artaraq 2 milyard 935 milyon manata yüksəlib. 2018-ci ilin sonunda elektron ticarət ilə nağdsız ödənişlər 1 milyard 492 milyon manata çatmışdı.
Debet və kredit kartları vasitəsilə ölkə xaricində 1 milyard 475 milyon manatlıq əməliyyatlar aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























