“Şahdağ Turizm Mərkəzi” zərərdə - DAHA DA ARTIB
Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2018-ci ili 27 milyon 470 min manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 12,6% çoxdur.
2018-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin göstərdiyi xidmətlərdən gəlirləri 19 milyon 357 min manat (2017-ci illə müqayisədə 15,3% az), xidmətlərinin maya dəyəri 23 milyon 586 min manat (7,3% az), digər gəlirləri 374 min manat (46,2% az), kommersiya xərcləri 6 milyon 416 min manat (0,9% az), inzibati xərcləri 12 milyon 116 min manat (8,7% az), sair əməliyyat xərcləri 144 min manat (3,9 dəfə çox), maliyyə xərcləri 160 min manat (36,75% çox), gəlir vergisi ödəmələri isə 4 milyon 779 milyon manat (84% çox) təşkil edib.
2019-cu il yanvarın 1-nə “Şahdağ Turizm Mərkəzi”nin aktivləri503 milyon 708 min manat olub ki, bu da 2018-ci il yanvarın 1-nə nisbətən 5% azdır. Bunun 493 milyon 842 min manatı və yaxud 98%-i əmlak və adavanlıqlardır ki, bu da illik müqayisədə 5,3% azdır.
Hesabat dövründə şirkətin öhdəlikləri 93,1% artaraq 12 milyon 295 min manata çatıb, balans kapitalı isə 6,2% azalaraq 491 milyon 413 min manata düşüb.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546 milyon 776 min manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.


© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)










