Kapitalı “əriyən” banklar Şurada müzakirə ediləcək – “YOXLAMALAR APARIRIQ”
“Azərbaycan Prezidenti Cənab İlham Əliyevin “Bu il bank sektorundan heç bir sürpriz olmamalıdır" göstərişindən sonra Mərkəzi Bank tərəfindən bütün banklarda yoxlamalar aparılır”.
Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Rüstəmov, “Maliyyə sektoru bütövlükdə sabitdir. Biz banklarda kompleks yoxlamalar aparırıq. Bildiyimiz kimi cənab Prezidentin “Bu il bank sektorundan heç bir sürpriz olmamalıdır" tapşırığı var. Təbii ki, cənab Prezidentin bu tapşırığından sonra banklarda qiymətləndirmələr aparırıq. Bütün bu qiymətləndirmələr Maliyyə Sabitliyi Şurasında məruzə olunacaqdır”.
Elman Rüstəmov bir neçə bankın zərərdə işləməsi və məcmu kapitalın 50 milyon manatdan aşağı düşməsi barədə suala da cavab verib:
“Bank sektorunun aktivlərinin, əmanətlərinin böyük hissəsini əhatə edən banklarda heç bir problem yoxdur. Məcmu kapitalı 50 milyon manatdan aşağı düşmüş banklardakı problemlər bizə yaxşı məlumdur. Biz problemləri bilirik, həlli yollarını axtarırıq. Artıq bu məsələ ilə əlaqədar Mərkəzi Bankın mövqeyi var. Maliyyə Sabitliyi Şurasında mövqeyimizi şərh edəcəyik”.
Elman Rüstəmov vurğulayıb ki, Azərbaycan banklarının sağlamlaşdırılması prosesi birinci yarımillikdə başa çatdırılacaq.
Qeyd edək ki, 2016-cı ilin İyul ayında Azərbaycanda Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























