Xarici valyutadakı əmanətlər geri götürülür, dollarlaşma azalır
2019-cu ilin sonunda fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri 8 milyard 637 milyon 915 min manat təşkil edib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin əmanətləri 262 milyon 535 min manat artıb, Noyabr ayı ilə müqayisədə Dekabr ayında isə 43 milyon 603 min manat azalıb. Azlama xarici valyutadakı əmanətlərin geri götürülməsindən qaynaqlanır.
31 Dekabr 2019-cu il tarixində fiziki şəxslərin banklardakı əmanətlərinin 47,8%-i və ya 4 milyard 132 milyon 732 min manatı milli, 52,2%-i və ya 4 milyard 505 milyon 182 min manatı xarici valyutada olub. Bu nisbətlər Noyabr ayının sonunda müvafiq olaraq 46 və 54% idi. Beləliklə, Dekabrda da əmanətlərin dollarlaşması azalıb.
Qeyd edək ki, devalvasiyalardan sonra Azərbaycanda əmanətlərin dollarlaşması 80%-i keçmişdi.
Dekabr ayında milli valyutadakı əmanətlər 144 milyon 339 min manat artaraq 4 milyard 132 milyon 732 min manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 187 milyon 943 min manat azalaraq 4 milyard 505 milyon 182 min manata düşüb.
2019-cu ilin sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 2 milyard 955 milyon 64 min manatını cari hesablar (müddətsiz əmanətlər) təşkil edib. Noyabrın sonu ilə müqayisədə Dekabrda cari hesablar 154 milyon 160 min manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























