Bu bank 20 milyon manata yaxın xalis mənfəət açıqladı
“Expressbank” ASC 2019-cu ili 19 milyon 120 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ili 23 milyon 755 min manat xalis zərər ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə 44 milyon 497 min manat təşkil etmiş cəmi gəlirlər (faiz və qeyri-faiz) 2019-cu ildə 52 milyon 516 min manata yüksəlib.
Ötən il “Expressbank”ın cəmi xərcləri 47 milyon 732 min manat təşkil edib (2018-də 43 milyon 267 min manat). Bankın cəmi gəlirləri cəmi xərclərini üstələdiyindən 4 milyon 784 min manat əməliyyat mənfəəti formalaşıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatdan 16 milyon 289 min manat azad olub və mənfəət 21 milyon 73 min manata yüksəlib. Ötən il “Expressbank” 1 milyon 952 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bank ili 19 milyon 120 min manat xalis mənfəət ilə bağlayıb.
2018-ci ildə “Expressbank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 24 milyon 988 min manat ayırdığından ili 23 milyon 755 min manat zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























