Palata və AMB “Azər Türk Bank”ı “yoxlamalara maneçilik” səbəbi ilə cərimələnməsini istəyiblər
Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin son rübündə 2-ci dövlət bankı sayılan “Azər-Türk Bank” ASC-ni yoxlamalara maneçilik törətməsinə görə cərimə protokolu tərtib edibmiş.
Lakin, məlumatda Nəsimi Rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qeyd edilib.
2019-cu ilin dekabrında Palatanın təhvil-təslim komissiyasının sədri və eləcə də Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev apelyasiyaya bu qərarla razılaşmayaraq müraciət edib.
Bakı Apellyasiya Məhkəməsi isə AMB tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı bildirir ki, qərar ləğv edilib, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Həmin maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə cərimə edilir.
Bununla da hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilirlər.
© "Banker"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















