“PAŞA Bank” maliyyə göstəricilərini açıqladı
“PAŞA Bank” ASC 2019-cu ili 65 milyon 40 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 12 milyon 17 min manat və ya 18.5% azalıb. “PAŞA Bank” 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması cəmi xərclərin cəmi gəlirlərdən daha çox artması ilə bağlıdır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “PAŞA Bank Azərbaycan”ın cəmi gəlirləri 272 milyon 802 min manat, cəmi xərcləri isə 207 milyon 762 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “PAŞA Bank Azərbaycan”ın cəmi gəlirləri 212 milyon 934 min manat, cəmi xərcləri isə 135 milyon 878 min manat təşkil etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə "PAŞA Bank"ın cəmi gəlirləri 59 milyon 868 min manat, cəmi xərcləri isə 71 milyon 884 min manat artıb. Cəmi xərclərdəki artımın cəmi gəlirlərdəki artımdan 12 milyon 17 min manat çox olması xalis mənfəətin də bu qədər azalmasına səbəb olub.
"PAŞA Bank" 2019-cu ilin mənfəətindən 45 milyon 232 min manat dividend elan edib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “PAŞA Bank”ın cəmi aktivləri 4 milyard 767 milyon 450 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 1 milyard 799 milyon 33 min manat təşkil edib.
31 Dekabr 2018-ci il tarixində “PAŞA Bank”ın cəmi aktivləri 4 milyard 695 milyon 717 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 1 milyard 320 milyon 893 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























