Daha çox kredit deyil, başqa banklara borc verir
“Azərbaycan Sənaye Bankı” maliyyə resurslarını kreditləşməyə deyil, digər banklarda depozit şəkilində yerləşdirməyə üstünlük verir.
Aktivləri 1 milyard manata yaxınlaşsa da “Azərbaycan Sənaye Bankı” ASC real sektorun maliyyələşdirilməsində geniş iştirak etmir. Bankın digər banklarda yerləşdirdiyi depozitlər müştərilərə verdiyi kreditlərdən 1,6 dəfə çoxdur.
“Marja” xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 985 milyon 151 min manat cəmi aktivlərə malik olub. Cəmi aktivlərin 543 milyon 274 min manatını və ya 55%-ni “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri, 331 milyon 402 min manatını və ya 33,6%-ni müştərilərə verilən kreditlər təşkil edib.
2018-ci ilin yekunu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 82 milyon 41 min manat və ya 17,8%, müştərilərə verilən kreditlər isə 45 milyon 453 min manat və ya 15,7% artıb. 2018-ci ilin sonunda “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 461 milyon 233 min manat, kredit portfeli isə 285 milyon 950 min manat təşkil etmişdi.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı”nın 1 milyard manata yaxın aktivləri olsa da baş ofisi, Bakıdakı "Dərnəgül", "Park Bulvar", "Gözəl ofis"; Sumqayıt və İmişli filialları ilə xidmət göstərir.
HƏMÇİNİN OXU:“Azərsun Holdinq”ə daxil olan bank maliyyə vəziyyətini açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 d. əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























