Dövriyyəsini gizlədən alkoqollu içki istehsalçıları küncə sıxışdırılır – BƏYAN EDİRLƏR, 40% ARTIM
Vergilər Nazirliyinin nəzarət üsullarının təkmilləşdirilməsi nəticəsində məlumatların hesabatlara düzgün daxil edilməsinə başlanılması ilə ötən il Azərbaycanda alkoqollu içkilər istehsalçıları üzrə dövriyyə 40%-ə yaxın artıb.
“Marja” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“2019-cu ildə alkoqollu içkilər istehsalçıları üzrə dövriyyə 40%-ə yaxın artıb. Həmin dövrdə aksiz ödənişlərin həcmi 1,9 dəfə artmışdır. Halbuki bu dövrdə aksiz qaldırılmayıb. Əgər 2018-ci ildə hesabatlılıq düzgün olsaydı, o zaman biz dövriyyənin artım tempi ilə aksiz vergisi ödənişlərinin artım tempini yaxın görməli idik. Çünki bir il ərzində insanların alkoqollu işkilər istehlakında kəskin dəyişiklik olmayıb. Bu rəqəmlər onu göstərir ki, bir sıra istehsalçılar həm öz istehsallarının həcmini, həm də mal nomenklaturalarını yalnış şəkildə hesabata daxil edirdilər. Bu da təbii olaraq vergidən yayınma demək idi.
Ötən il tütün məhsullarının istehsalçıları üzrə dövriyyə 15 dəfə, aksiz vergisi ödənişi isə 9 dəfə artıb. Düzdür, 2019-cu ildə aksiz vergisində də dəyişikliklər olub”,- Nazir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















