Zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb
2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib.
Bu, İpoteka və Kredit Zəmanət Fondundan “Marja”ya daxil olmuş məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, 2019-cu ilin əvvəllərində kredit risklərinin minimuma endirilməsi məqsədilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətlərinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan verən, qabaqcıl beynəlxalq praktikaya əsaslanan yeni kredit reytinq sistemi (kredit reytinqi modeli) yaradılıb. Bundan başqa, ötən il ərzində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə Fond tərəfindən mövcud problemlər öyrənilib, dövri olaraq müvəkkil banklar və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.
Mexanizmin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 mln. manat) Fond tərəfindən zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 mln. manat olub. Ümumiyyətlə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 70 mln. manatadək kredit əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























