Gənc və təcrübəli hüquqşünas Nizami rayonunun deputatı olmaq istəyir
Milli Məclisə 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar seçkilərdə gənclərin aktiv iştirakı müşahidə olunur. Seçkiyə qatılan gənclərdən biri də aktiv ictimai mövqeyi ilə tanınan hüquqşünas Elnur Mustafayevdir.
Bir neçə gün bundan əvvəl 24 saylı Nizami birinci Dairə Seçki Komissiyasında (DSK) Elnur Mustafayevin deputatlığa namizədliyi qeydə alınıb.
Namizədliyin qeydə alınması üçün lazım olan sayda imzanı toplayaraq vaxtından əvvəl təhvil verən Elnur Mustafayev DSK-nın müvafiq qərarından sonra bu statusu əldə edib.
Qərardan dərhal sonra deputatlığa namizəd Elnur Mustafayevin seçki qərargahı formalaşdırılıb, seçkinin təbliğat-təşviqat mərhələsində görülməsi vacib olan işlərin bölgüsü həyata keçirilib.
Məlumat üçün bildirək ki, Mustafayev Elnur Akif oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Müdafiə Nazirliyinin Qazax rayonundakı “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Rusiya Federasiyası Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının Hüquq fakultəsini əyani şöbəsində təhsil almış və 2008-ci ildə həmin universteti (bakalavr, magistr) bitirmişdir. Hazırda tikinti şirkətində hüquqşünas vəzifəsində çalışır. Ölkənin bir sıra bölgələrində önəmli mövzularla bağlı sosial-humanitar layihələr həyata keçirən “Logo Center” Psixoloji və Nitq İnkişaf Mərkəzinin qurucusudur. Ailəlidir, bir övladı var.
Namizədin Facebook səhifəsi: https://www.facebook.com/elnur.mustafayev.399
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















