Noyabrda böyük məbləğdə dollar əmanətləri geri götürülüb
Noyabr ayında fiziki şəxslərin əmanətləri (müddətli və tələbli) 129.6 milyon manat azalıb. Azalma dollar əmanətlərinin geriləməsi ilə bağlıdır.
“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin Oktyabr ayının sonunda sonunda 8 milyard 811 milyon 100 min manat təşkil etmiş əmanətlər Noyabr ayının sonunda 8 milyard 681 milyon 500 min manata düşüb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında milli valyutadıkı cəmi əmanətlər 61 milyon 700 min manat artaraq 3 milyard 988 milyon 400 min manata yüksəlib. Xarici valyutadakı cəmi əmanətlər isə 191 milyon 300 min manat azalaraq 4 milyard 693 milyon 100 min manata geriləyib.
Noyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 45,9%-i milli valyutada, 54,1%-i xarici valyutada olub. Oktyabr ayının sonunda bu nisbətlər müvafiq olaraq 44,6% və 55,4% idi.
O cümlədən cari hesablar (tələbli əmanətlər) 167 milyon 800 min manat azalaraq 3 milyard 109 milyon 200 min manata geriləyib. Milli valyutada cari hesablar 60 milyon 500 min manat artaraq 1 milyard 511 milyon 500 min manata yüksəlib, xarici valyutada cari hesablar isə 228 milyon 300 min manat azalaraq 1 milyard 597 milyon 600 min manata düşüb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında cəmi müddətli əmanətlər 38.2 milyon manat artaraq 5 milyard 572 milyon 300 min manata, o cümlədən, müddətli Manat əmanətləri 1 milyon 200 min manat artaraq 2 milyard 476 milyon 900 min manata, müddətli xarici valyutadakı əmanətlər isə 37 milyon manat artaraq 3 milyard 95 milyon 400 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























