Azercell "Defne"ni özünə həll ortağı seçib
Azərbaycanın mobil rabitə şirkəti Azercell, korporativ müştərilərinə Mobil VPN xidməti təqdim etmək üçün texnologiya tərəfdaşı olaraq Türkiyənin "Defne Telekomünikasyon" şirkətini seçib. "Marja" xəbər verir ki, Azercell korporativ müştəri gəlirlərini artırmaq üçün "Defne"nin inovatif zəng nəzarəti və idarə edilməsi təcrübəsindən istifadə edəcəkdir.
"Defne"nin Mobil VPN həlli sayəsində Azercell, korporativ müştərilərinə bundan sonra qısa nömrə zəngləri, zənglərə nəzarət, birbaşa əlaqə, xüsusi nömrə planlaşdırması, şirkət işçilərindən qrup yaratmaq, telekonfrans, mobil PBX kimi ənənəvi xidmətləri CaaS (Communication as a Service) biznes modelində öz rabitə şəbəkəsi üzərindən təqdim edə biləcəkdir.
Azercell-in İcraçı direktoru Vahid Mürsaliyev, "Bu əməkdaşlığın korporativ abonentlərimizə təqdim etdiyimiz əlavə dəyəri artıracağımıza inanıram.
"Defne"nin Mobil VPN həlli sayəsində korporativ müştərilərimizin ehtiyac duyduğu rabitə vasitələrini təqdim edərək, əməliyyat xərclərinə daha yaxşı nəzarət etmələrinə və kompakt ünsiyyət mühiti yaradaraq əməkdaşlarının səmərəliliyini artırmalarına təkan verəcəyik" - deyib.
"Defne Telekomünikasyon"un İcraçı Direktoru Oğuz Haliloğlu isə, "Azercelll-lə olan bu həyəcanverici əməkdaşlığımızın Azərbaycan telekommunikasiya bazarı üzərində böyük bir təsiri olacağına və həm Azercell-in korporativ müştərilərinə rabitə xidmətlərində ən son texnologiya təqdim etməsinə, həm də "Defne"nin Müstəqil Dövlətlər Birliyi məkanında böyümə sürətinin artmasına faydası olacağına inanırıq" - deyib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz







.jpg)










