Azərbaycan faiz qərarını açıqlayacaq
Bu həftə Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin son faiz qərarını ictimaiyyətə açıqlayacaq. Bu qərar Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka birləşdirildikdən sonra ilk faiz qərarı olacaqdır.
13 Dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2019-cu ildə sayca 8-ci və sonuncu iclası keçiriləcək.
“Marja”nın məlumatına görə, 2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında (cəmi 7 iclas) faizlərin endirilməsinə qərar verib. İl ərzində 1 iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 6 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında isə 7,75%-ə endirilib.
İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonu (4±2%) daxilində qalması faizlərin aşağı salınmasına imkan verib.
Mərkəzi Bankın 25 Oktyabr 2019-cu il tarixli iclasının qərar mətnində qeyd etmişdi ki, dəqiqləşdirilmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya hədəf diapazonunun (4±2%) mərkəzinə yaxın səviyyədə formalaşacaqdır. Faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya üzrə elan edilmiş hədəf parametrlərinə nail olmağa yönəldilməklə daxili risklərin inflyasiyaya təsirindən və xarici sektorda gedən proseslərdən asılı olaraq qəbul ediləcəkdir.
İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qaldığından, Bankın bu il 8-ci dəfə də faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər uçot dərəcəsi 25 baza punktu azaldılarsa 7.50%-ə düşəcəkdir.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 55 d. əvvəl
-
-
59 d. əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
























