"Neftin qiymətinin 70 dollara yüksələ bilməsi üçün…"
Norveçdəki müstəqil enerji araşdırma təşkilatı "Rystad Energy" mövcud şərtlərdə neft bazarında tələb-təklif tarazlığının təmin edilə bilinməsi üçün Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) və müttəfiqlərinin hasilatlarını daha çox azaltmaları lazım olduğunu hesab edir.
"Marja" xəbər verir ki, "Rystad Energy"nin nümayəndəsi Efe Bulduk bildirib ki, OPEC-in bu ilin son rübündə gündəlik neft istehsalının 29,6 milyonbarel səviyyəsində reallaşacağını nəzərdə tuturlar: "2020-də OPEC neftinə olacaq tələbi isə gündəlik 28,6 milyon barel olaraq təxmin edirik. Bu proqnozlarımız nəzərə alındıqda, bazarın tarazlıq tapması üçün OPEC-in neft hasilatını gündəlik ortalama 1 milyon barel də azaltması lazım olduğundan bəhs edə bilərik".
Efe Bulduk, OPEC-in istehsalı gündəlik 1 milyon barel də azaltması ilə Brent növü xam neftin barel qiymətini 60 dollar səviyyəsində saxlaya biləcəyini qeyd edib. Qiymətlərin 70 dollar qalxa bilməsi üçün bir analiz aparılması lazım olduğunu dilə gətirən Bulduk, bunları qeyd edib:
"Bu analizi edərkən, Çin, Braziliya, Rusiya və ABŞ kimi OPEC-ə üzv olmayan "aktyorların" ola biləcək bir kəsintiyə necə reaksiya verəcəkləri göz qarşısında saxlanılmalıdır. Hesablamalarımıza və son modelimizə görə, qiymətlərin 70 dollar səviyyələrinə yüksələ bilməsi üçün OPEC və tərəfdaşlarının neft hasilatını əlavə 1,5 milyon bareldən çox azaltmalıdırlar (hazırkı azaltma daxil cəmi 2,7 milyon barel - red). Sabit bir neft bazarı gözləyən və qiymətlərin düşməsini istəməyən OPEC-in mövcud şərtlərdə 2020-nin əvvəlindən etibarən hasilatı əlavə azaltması lazımdır".
"HASİLATIN DAHA ÇOX AZALDILACAĞINI GÖZLƏMİRİK"
Londondakı müstəqil araşdırma təşkilatı "Capital Economics"in mütəxəssisi Caroline Bain isə bildirib: "OPEC-in neft istehsalını daha çox azaldacağını gözləmirik. Onsuz da Səudiyyə Ərəbistanı,özünə ayrılan kovtanın çox üzərində hasilatını azaldıb. OPEC hasilatın azaldılması miqdarını artırsa, bunun ağırlığı səudiyyələrin kürəyinə yüklənəcək" deyib.
Bain, Səudiyyə Ərəbistanının qlobal neft bazarında bazar payının düşməsi barədə narahatlıqlarına diqqəti çəkərək, OPEC-in qlobal neft tələbindəki azalma haqqında da qayğılandığını vurğulayıb.
OPEC-ə üzv olmayan Rusiyanın isə kvotanın üzərində neft çıxardığını qeyd edən Bain, Rusiyanın neft istehsalını daha çox azaltmağın tərəfdarı olmayacağını bildirib.
Bain, OPEC-in İraq və Nigeriya kimi üzv ölkələrə kvotalara əməl etmələri üçün təzyiq edəcəyini vurğulayaraq, "Bazarlar, OPEC və ya Rusiyadan istehsalın daha çox azaldılmasını gözləmir. İstehsalın azaldılması razılaşmasında müddətin uzadılacağı təxmin edilir", -deyib. Söz mövzusu ssenarinin reallaşması vəziyyətində, neft qiymətlərində qısamüddətli eniş yaşana biləcəyinə işarə edən Bain, bu vəziyyətin müvəqqəti olacağını sözlərinə əlavə edib.
Xəbər verdiyimiz kimi, bu gün Avstriyanın paytaxtı Viyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yığıncağı başlayacaq. Sabah isə 14 üzvlü OPEC ilə bərabər OPEC-ə üzv olmayan 10 ölkənin birgə yığıncağı keçiriləcək. OPEC-ə Səudiyyə Ərəbistanı, OPEC-ə üzv olmayan müttəfiqlərinə isə Rusiya başçılıq edir.
OPEC və tərəfdaşlarının 2020-ci ilin Mart ayının sonunadək gündəlik hasilatın 1,2 milyon barel azaldıması barədə razılaşmaları mövcuddur.
Mütəxəssislərdən bəziləri təşkilatın və tərəfdaşlarının neft hasilatının azaldılması razılaşmasında müddətin uzadılacağını gözləyirlər, bəziləri isə neft istehsalının azaldılması miqdarının artırılacağını təxmin edir.
OPEC və müttəfiqlərinin 2018-ci ilin dekabr ayında qərar verdikləri gündəlik xam neft istehsalının 1,2 milyon barel azaldılması tədbirinin 2020-ci ilin İyun ayına qədər uzadılacağına daha böyük ehtimal verilir. Bunun neft qiymətlərini dəstəkləməyə davam edəcəyi qeyd edilir.Təşkilatın və müttəfiqlərinin (OPEC+) gündəlik xam neft istehsalını əlavə 1 milyon barel aşağı salması lazım olduğunu qeyd edən bəzi mütəxəssislər isə neft qiymətlərinin ancaq bu şəkildə dəstəklənə biləcəyini iddia edirlər.
Bakı vaxtı ilə saat 10:00-da Brent nefti 62,90 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
8 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















