İcbari tibbi sığortanın baza zərfi çərçivəsində 7428 cərrahi əməliyyat icra olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) qurumun 2019-cu ilin yanvar-sentyabr aylarındakı fəaliyyətinin nəticələrinə həsr olunmuş iclas keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərliyi ilə keçirilən iclasda icbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrinin (Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanaları) fəaliyyətlərinə dair statistik göstəricilər, sistemin ölkə üzrə tətbiqinə hazırlıq prosesi müzakirə edilib və quruma daxil olan vətəndaş müraciətlərinin mövzular və cavablandırılması üzrə bölgüsünə dair təqdimat dinlənilib.
Bildirilib ki, cari ilin ilk doqquz ayı ərzində xəstəxanalara 430926 müraciət daxil olub. Onların 271066-sı (62.9%) ambulator, 16713-ü (3.9%) stasionar və 102340-ı (23.7%) laboratoriya xidmətləri, 40776-sı (9.5%) isə təcili və təxirəsalınmaz tibbi yardım almaq üçün edilən müraciətlərdir. Həyati vacib-dəyəri yüksək olan xidmətlər üzrə edilən müraciətlərin sayı isə 31 olub. Ümumilikdə sözügedən tibb müəssisələri tərəfindən vətəndaşlara 1711331 sayda müxtəlif tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın baza zərfi çərçivəsində 7428 sayda cərrahi əməliyyat icra olunub.
Hesabat dövrü ərzində Agentliyə daxil olan 2379 vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Agentliyin rəhbərliyi tərəfindən 18, vəzifəli şəxsləri tərəfindən 175 olmaqla ümumilikdə 193 vətəndaş qəbul edilib.
Qeyd olunan dövr ərzində qurumun sosial şəbəkələrdəki səhifələrinə isə 716 vətəndaş müraciəti daxil olub. Müraciətlər dərhal cavablandırılıb və ya operativ şəkildə cavablandırılmanı təmin etmək üçün aidiyyəti struktur bölmələrə yönləndirilib.
Kütləvi informasiya vasitələri tərəfindən 9 ay ərzində 175 sayda informasiya sorğusu daxil olub. Bütün sorğuların cavablandırılması təmin olunub.
İclasın sonunda Agentliyin, qurumun tabeliyində olan struktur bölmələrin və tibb müəssisələrinin fəaliyyətlərinin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun daha da artırılmasına dair təklif və tövsiyələr dinlənilib, müvafiq istiqamətlər üzrə işlərin təşkili ilə bağlı tapşırıq və qərarlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
2 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
7 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
8 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















