“Azərbaycanda alternativ enerjinin maya dəyəri 10-12 qəpikdir”
“Bu gün ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək həmin effekti ala bilmərik. Üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar”.
Bunu açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10% çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından “güvənli sular”da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq.
Alternativ və bərpa olunan enerji istehsalına gəlincə isə burada problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir. O cümlədən də Azərbaycanda. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”, - o bildirib.
Nazir müavini ayrılan subsidiyaların alternativ enerjiyə yönəldilməsi imkanlarına da münasibət bildirib: “Deyilə bilər ki, subsidiyanı ənənəvi sektora yox, məhz bərpaolunan sektora yönləndirək. Amma mənə elə gəlir, bu sahədə çox ciddi addımlar atılmaqdadır. Bilirsiniz ki, Nazirliyimiz artıq 10-a yaxın təşkilatla anlaşma memorandumu imzalayıb və danışıqlar gedir. Qiymətləri də kifayət qədər optimal səviyyəyə endirməyi bacarmışıq. Bu sahədə də işlər gedir. Mən deməzdim ki, bizim ənənəvi enerji sahəsində atdığımız addımlar bərpa olunan enerji sahəsində atdığımız addımları əngəlləyir. İşlər bütün sürəti ilə davam edir. Müəyyən məsələlər var, onların da başında qiymət məsələsi dayanır. Yeni mənbədən elektrik enerjisini almaq asandır, amma əsas məsələ həmin fərqi kim ödəyəcək. Əlbəttə ki, dövlətə də yeni subsidiyaların yüklənməsi istənilməzdir. Həmçinin əhali üçün də məqbul bir hal olmaz. Biz Azərbaycana töhfə verərkən qiymət artımı onun tərkib hissəsi olmamalıdır. Yəni yaranan məsələlər bundan ibarətdir”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
11 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)








.jpg)







