Özəl sektordan 2 milyard manata yaxın məcburi haqların yığılması nəzərdə tutulur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Nazir bildirib ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub. Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb. Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









