Çərəzli şokoladları qurdlanmaqdan necə qoruyaq?
(®) Quru meyvələr, çərəzlər damaq dadımızın ayrılmaz ləzzətlərindən biridir. Hələ bu çərəzlərin şokoladla qovuşmuş halı əvəzolunmaz dad yaradır. Amma bu dadlı qidanın bizdən başqa da damaq dostları var - qurdlar. Bu dəfə çərəzli şokoladların niyə qurdlandığı haqqında məlumat verəcəyik.
Çərəzli şokoladların qurdlanması haqqında şikayətlər çoxdur. Lakin, qurdlanma prosesi şokoladın özü ilə deyil, onun tərkibinə daxil olan inqredientlərin xüsusilə fındıq, püstə və digər çərəzlərin qurdlanması ilə əlaqədardır. Qənnadı məmulatlarında yaranan bu qurdlara "güvə sürfələri" deyilir. Gün işığı, nəm və havaya qarşı həssas olan məhsulun keyfiyyətini itirməməsi üçün düzgün şəkildə saxlamaq lazımdır.
Şokolad məhsulları temperaturu 18-21°C və nisbi hava rütubəti 75%-dən çox olmayan quru və sərin şəraitdə saxlanmalıdır, ən optimal temperatur isə 20°C-dir.
Eyni zamanda məhsullar üçün müəyyən edilən yararlılıq müddəti də vacib faktorlardan biridir. Son istifadə tarixi keçmiş şokolad məhsulları xarab ola, bəzi çeşidləri isə qurdlana bilər.
Buna görə də məhsul qablaşdırmaları hava daxil olmayacaq şəkildə tam bağlı olmalıdır. Açıq qablaşdırmadakı məhsula rütubət daxil olduğu üçün boyatlayacaq və xarab olacaq. Xüsusilə yol kənarlarındakı satış köşkləri, qəsəbələrdə yerləşən kiçik mağazalarda əksər hallarda qida məhsullarının saxlanılma qaydalarına riayət olunmur.
Mağazalarda şokolad məhsullarını çərəzlərlə yaxın şəraitdə saxlamaq arzuolunmaz haldır. Belə ki, köhnəlmiş və ya zərərvericilərə yoluxmuş çərəzlər yaxınlıqda saxlanılan konfet və ya şokolad məhsullarına da yoluxdura bilir. Birbaşa gün işığı və açıq şəraitdə saxlanıldığı üçün konfetlərin tərkibi dəyişilir. İstehlakçılara saxlanma şəraiti və istehsal tarixinə diqqət etmələrini, bütövlüyü pozulmuş qablaşdırmadakı məhsulları almamaları tövsiyə olunur.
Seçilmiş çərəzlər və bol südlü şokolad qovuşarkən meydana gələn mükəmməl dadlı çeşidləri ilə "Ulduz" şokolad fabriki şokoladsevərlərin arzularını reallaşdırır. Fabrik qarışıq çərəzlər və taxılla zəngin "Xonça", zərif nuqa, karamelli yerfındığından hazırlanan "Tango", yerfındıq və düyüpartlaqlı "Choco", meyvə qurulu, çərəzli və taxıllı "Valşebnıy Sunduçok" kimi bol çərəzli şokolad konfetlərini istehsal edir. Əl dəymədən, təmiz və təhlükəsiz şəraitdə hazırlanan bu nəfis şokoladlar istehlakçıların damaq dadına çevrilmişdir.
Şokolad yeməli xoşbəxtlikdir, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 d. əvvəl
-
7 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb -
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)







