“Communication Academy” fəaliyyətə başlayır
(®) “Communication Academy” fəaliyyətə başlayır.
“Communication Academy” peşəkar PR və Kommunikasiya biliklərinin tədris etməklə yanaşı, bu sahədə müxtəlif layihələr həyata keçirməyi, mütəmadi təhlillər aparmağı, beynəlxalq PR qurumları ilə yerli PR-çılar arasında körpü rolunu oynamağı hədəfləyir.
Communication Academy-nin təsisçisi Fullbright/Hubert H. Humprey təqaüd proqramı üzrə Maryland Universitetinin məzunu, PR və Kommunikasiya mütəxəssisi Azər Nəzərovun sözlərinə görə, akademiya ənənəvi metodlardan uzaq, dünyanın aparıcı təhsil mərkəzləri tərəfindən qəbul olunmuş yeni tədris üslublarından istifadə edərək PR, Marketinq, Media kimi sahələr üzrə tədris modulları tətbiq edəcək:
“İllər ərzində PR, Media, Marketinq kimi Kommunikasiya sahələri üzrə toplamış olduğumuz tədris, iş, beynəlxalq, yerli təcrübə və əlaqələri bu sahəni dərindən öyrənmək, peşəkarlığını artırmaq və eyni zamanda, akademik olaraq formalaşmaq istəyənlər üçün əlçatan etmək qərarına gəldik. Buna görə də, Communication Academy-ni ənənəvi tədris mərkəzi, kurslar və bənzəri proqramlarla bir tutmaq olmaz. Burada dünya tələblərinə uyğun tədris proqramı ilə yanaşı, elmi araşdırmalar, təhlillər və sözü gedən sahə üzrə müxtəlif layihələr icra olunacaqdır”.
Qeyd edək ki, Communication Academy Tədris proqramına 15 noyabrdan etibarən start versə də, Noyabr ayının birindən müxtəlif PR və Kommunikasiya layihələrinin icrasına başlayır.
"Communication Academy" haqqında daha ətraflı məlumatı communicationacademy.az saytında və akademiyanın sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərsiniz.
Tel: 070 552 75 52
[email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)








