İcbari avtomobil sığortasının bahalaşdırılması qaçılmaz olur - ÖDƏNİŞLƏR SÜRƏTLƏ ARTIR
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (icbari avtomobil sığortası) üzrə hesablanmış sığorta ödənişləri hesablanmış sığorta haqlarından daha sürətli artır. Bu vəziyyət icbari avtomobil sığortasında zərərliliyi artırır və yaxın gələcəkdə tariflərin artırılacağı ehtimalını gücləndirir.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hesablanmış sığorta haqları 3 milyon 644 min manat artarkən, sığorta ödənişləri 3 dəfəyə yaxın çox – 10 milyon 398 min manat artıb.
İcbari avtomobil sığortası üzrə yığımlar ötən ilin yanvar-sentyabr dövründə 72 milyon 554 min manat ikən, bu ilin eyni dövründə 76 milyon 198 min manat təşkil edib.
Ötən ilin yanvar-sentyabr dövründə 38 milyon 303 min manat təşkil etmiş sığorta ödənişləri, bu ilin eyni dövründə isə 48 milyon 700 min manat təşkil edib.
Sığorta ödənişlərinin sığorta yığımlarında xüsusi çəkisi 53%-dən 64%-ə yüksəlib. Eyni zamanda, sığorta şirkətləri işlərin aparılması, komissiyaların ödənilməsi üzrə xərclər çəkirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinin agentlərə qanunsuz faizlər ödəməsinə qarşı mübarizə apardığını bildirir. Digər tərəfdən icbari avtomobil sığortasının onlayn alış imkanı yaradılıb ki,bu zaman agentə ehtiyac olmaya bilir. Qanunsuz faizlərə qarşı mübarizəyə və onlayn satışa keçidə baxmayaraq xərclər azalmır. Qeyd edək ki, artıq onlayn satışın da sığorta agentlərinin nəzarətinə keçdiyi müşahidə edilir. İcbari sığortanı vətəndaşlar özləri deyil, agentlər vasitəsilə onlayn alırlar.
İcbari avtomobil sığortası üzrə tariflər devalvasiyalardan əvvəl təsdiq edilib. Devalvasiyalardan sonra avtomobillər, onların ehtiyat hissələri və təmir xərcləri bahalaşsa da tariflər sabit saxlanılıb.
Bu ilin İyun ayında Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri vəzifəsini icra edən İbrahim Alışov bildirmişdi ki, Palata Sığortaçılar Assosiasiyası ilə birgə əsas sığorta növləri üzrə tariflərə yenidən baxılmasına dair təkliflər hazırlanır, çünki onlar günün tələblərinə cavab vermir.
"Burada oturan aktuarilərimiz də razılaşarlar ki, əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir. Biz artıq onlara dəyişiklik edilməsi üçün təkliflər hazırlayırıq və bu istiqamətdə Sığortaçılar Assosiasiyası ilə birlikdə işləyirik", - İbrahim Alışov söyləmişdi.
İ.Alışov qeyd etmişdi ki, hazırda bazarda risklərin qiymətləndirilməsi kifayət qədər aşağı səviyyədədir və bu, sığortalıların vahid reyestrinin olmaması ilə əlaqədardır:
"Biz artıq model seçmişik və belə bir reyestr yaratmağa başlamışıq, vahid reyestr bazarın şəffaflığını artırmağa imkan verəcək və sığorta şirkətlərinin risklərini idarəetmənin təkmilləşdirilməsi üçün mühüm addım olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
2 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
7 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
8 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi




















