Haqqında cinayət işi açıldı, amma yenə əməllərindən qalmadı
Saxta aksiz markaları ilə markalanmış və aksiz markası olmayan alkoqollu içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanması halları aşkar edilib
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş Idarəsi tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta aksiz, 20 ədəd aksiz markalı ilə markalanmamış alkoqollu içki və 978 qutu aksiz markaları ilə markalanmamış tütün məmulatları aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. Belə ki, D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markaları ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkilər, 18326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqolli içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan alkoqollu içkilərin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.
Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev 18.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.10.2019-cu il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Vergilər Nazirliyi belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
6 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
11 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
11 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
13 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
13 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

























