Hyundai ilk elektrikli yarış avtomobilin extensiv testlərinə başladı
(®) Bir neçə ay öncə maraqla gözlənilən və Hyundai Motors şirkətinin ilk EV yarış avtomobili nəhayət ki, Frankfurt İAA 2019 sərgisində təqdim edilib. Mütəxəsislər Veloster N ETCR modelinin 2020-ci ildə yarış pistlərində rəqiblərinə meydan oxuyacağını bildiriblər.
FIA WTCR və TCR Avropa kalendarına müvafiq olaraq test yürüşlərinin tarixi artıq müəyyən edilib. Yoxlanışın əsas elelanməntləri kimi orta və maksimal hərəkət zamanı enerji istismarı faktorunun müəyyən edilməsi, manevrlilik və gözlənilməz situasiyalar zamanı texniki olaraq avtomobilin reaksiya müddəti müəyyən edilib. Hyundai şirkəti i30 N TCR modelinin təcrübəsi əsasında eyni güc və dayanıqlılıqda ETCR kateqoriyasında avtomobil yaratmış olduğunu iddialı şəkildə rəqiblərə sübut etmək istəyir. Bir sıra mütəxəsislər bu gedişi istehsalçının güc nümayişi kimi qiymətləndirilər. Onlar öz fikirlərini Macarıstanda edilmiş pist testlərlə əsaslandırmağa çalışırlar.
Belə ki, Veloster N ETCR 2 gün ərzində Macarıstanda yerləşən yürüş halqasında 48 saatlıq fasiləsiz testlərə tabe tutuldu. Şirkət nümayəndələri test proqramının şirkətin Almaniyanın Alzenau qərargahında hazırlandığını və plana əsasən daha extensiv testlərin növbəti ayalarda da davam etdiriləcəyi barədə məlumat veriblər.
Qeyd edək ki, TCR öz texniki reqlamnetini hələ 2015-ci ilə elan etmişdi. Həmin vaxtdan etibarən bu reqlament dünyadakı demək olar ki, bütün federasiya və avtomobil istehsalçıları tərəfindən birmənalı qəbul edilərək standart halında tətbiq edilməyə başlanmışdı. Cənubi Koreya istehsalçısının Hyundai Motorsport Customer Raceing bölməsinə də məhz həmin zamanda mərkəzi qərargahdan ciddi büdcələrlə təmin edilməyə başlandı. 2018-ci ildə qəbul olunan qərara əsaən TCR özün elektrik kateqoriyası üzrə ilk ETCR yarışını 2020-ci ildə keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
8 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
8 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
8 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)









