Apple-ın yeni məhsulu 1 noyabrda istifadəyə veriləcək
Texnoloji avadanlıqların istehsalında özünəxas yer tutan Apple şirkəti 1 noyabrda yeni məhsulunu istifadəyə verəcək.
Həm mobil cihaz, həm də digər texnoloji avadanlıqlar istehsal edən Apple 1 noyabr tarixində Apple TV+ xidmətini təqdim edəcək. Netflix, Disney TV və bu kimi xidmətlərlə rəqabətə hazırlanan Apple şirkəti yeni məhsulunun aylıq ödənişini 4.99 ABŞ dolları təyin edib.
Mediyaya sızan məlumata görə iPhone istehsalçısı Apple TV+ və Apple Music xidmətlərini vahid paket halında təqdim etməyi düşünür.
Hal-hazırda yeni iPhone, iPad və ya Apple TV alınanda şirkət yeni məhsulunu bir illik ödənişsiz təklif edir. Həmçinin təqdim edilən bu abunəliyi əlavə heç bir ödəniş etmədən 6 nəfərə qədər digər ailə üzvləri ilə paylaşmaq mümkündür.
Aşağıda qeyd olunan cihazlarda Apple TV+ xidmətindən istifadə etmək mümkün olacaq:
- iOS və ya iPadOS-un son versiyasına sahib olan iPhone, iPad və ya iPod touch
- tvOS-un son versiyasına sahib olan Apple TV 4K və ya Apple TV HD
- Üçüncü nəsil Apple TV
- Apple TV tətbiqini dəstəkləyən hər hansısa Smart TV
- MacOS-un son versiyasına sahib olan bir Mac
Həmçinin Safari, Firefox və ya Chrome brauzerindən tv.apple.com saytına daxil olaraq da Apple TV+ xidmətindən istifadə etmək mümkün olacaq.
Apple TV + abunəliyinə nələr daxildir?
Reklamsız yayım təklif edən Apple TV+ istifadəçiləri filmləri 4K HDR keyfiyyət və Dolby atmosterdə izləyə biləcəklər. Həmçinin internet bağlantısı olmadan da film izləmək istəyənlər üçün əlavə edilmiş oflayn funksiya da var. Belə ki, istifadəçilər iPhone, iPad, iPod touch və Mac cihazlarında internet olmadan da film və film epizodlarını izləmək üçün onları öncədən yükləyə biləcəklər.
100-dən çox ölkədə fəaliyyət göstərəcək Apple TV+ ilk 7 gün ödənişsiz olaraq aktiv olacaq. Lakin verilən müddət bitdikdən sonra sistem aylıq abunə təklif edir. Aylıq ödənişlə bağlı və daha ətraflı məlumat əldə etmək üçün göstərilən linkə keçid edə bilərsiniz: Apple TV+ haqqında daha ətraflı məlumat
“Marja.az” bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim etdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















