Qlobal bazarların səbrsizliklə gözlədiyi mühüm məlumatlar açıqlandı
Qlobal bazarların səbrsizliklə gözlədiyi ABŞ-da Sentyabr ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəriciləri açıqlandı. Əmək Nazirliyinin Cümə günkü məlumatlarına görə, ABŞ şirkətlərində məşğulluq artımı Sentyabr ayında da zəif olub. Aşağı məşğulluq artımı Fed-in Oktyabrda da faiz endiriminə gedəcəyinə dair gözləntiləri gücləndirib.
ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Sentyabr ayında 136 min artıb. Proqnoz 140 min idi.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min ilə üç ayın ən aşağı artımını qeyd etmişdi. İyul ayının göstəricisi də 148 mindən 131 minə dəyişdirilmişdi.
İşsizlik nisbəti Sentyabrda 3.5%-ə düşüb. Bu 1969-cu ildən bəri ən aşağı səviyyəsidir. Proqnoz 3,7% idi.
Sentyabrda orta saatlıq maaş bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.9 faiz, avqust ayı ilə müqayisədə isə 0.2 faiz artım qeyd edib. Proqnozlar müvafiq olaraq 3.2 faiz və 0.3 faiz idi.
Orta saatlıq maaşdakı artım (2.9%) bir ildən çox müddətin ən aşağı artımıdır.
ABŞ-da ötən gün açıqlanan özəl sektor məşğulluğu 135 min olaraq İyundan bəri ən yavaş artımı qeyd etmişdi.
Proqnozlardan aşağı olan açıqlanan rəqəmlər ABŞ Mərkəzi Bankının ay sonundakı yığıncağında bu il 3-cü dəfə faiz endirəcəyi gözləntisini gücləndirib.
Aşağı məşğulluq artımı, ABŞ Prezidenti Donald Trampın ticarət siyasətlərinin və digər ölkə iqtisadiyyatlarındakı pisləşmənin ABŞ iqtisadiyyatı üçün təhdid meydana gətirdiyini göstərir.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
24 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)







.jpg)




