Rusiya şirkətlərinin dağ mədən və metallurgiya yükləri Bakı-Tbilisi-Qars yolu ilə daşınacaq
Azərbaycan Moskvada keçirilən “Dağ mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı X Beynəlxalq konfransda təmsil olunub.
“ADY Express” MMC-dən bildirilib ki, 2 gün davam edən konfransda əsasən Rusiyanın iri dağ mədən və metallurgiya şirkətlərinin, aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri dağ mədən və metallurgiya yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məsələləri müzakirə ediblər.
Tədbirdə iştirak edən “ADY Express” MMC-nin nümayəndələri tərəfindən həmin növ yüklərin Rusiyadan cənub-qərb istiqamətində nəqli məsələləri təqdim olunub. Azərbaycan Dəmir Yollarının, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran şirkət nümayəndələri Türkiyə və digər ölkələrə bu növ yüklərin daşınmasında Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları ənənəvi marşrutlardan daha əlverişlidir. Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu nəqliyyat növünü dəyişmədən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daha tez və əlverişli şərtlərlə ünvana çatdırılmasına imkan yaradır.
Yüklərin həm Türkiyəyə, həm də Türkiyənin Aralıq dənizindəki limanlar vasitəsilə digər ölkələrə daşınmasının həlli yollarını təklif edən “ADY Express” iri yük sahiblərinə, yeni logistik məhsul sərgiləyib.
Konfrans çərçivəsində Rusiyanın iri istehsalçıları ilə ikitərəfli görüşlər keçirən “ADY Express” nümayəndələri artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə dağ mədən və metallurgiya yüklərinin daşınmasına dair sifarişlər alıblar. Yaxın zamanlarda həmin yüklərin nəqlinə başlanılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb























