Qeyri neft-qaz məhsulları ixracı nə qədər valyuta gətirib?
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 65,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 milyard 133 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
2019-cu ilin yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artmış, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalmışdır.
2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyul aylarında buğda idxalı 9,2 faiz, təzə meyvə – 5,1 faiz, xam şəkər və şəkər – 1,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, kartof – 14,1 faiz, quş əti və onun əlavə məhsulları – 14,7 faiz, mal əti – 14,7 faiz, təzə tərəvəz – 39,7 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 21,2 faiz, mineral gübrələr – 18,6 faiz, hesablama maşınları, blok və qurğuları – 29,2 faiz, rezin şinlər – 10,1 faiz, məişət kondisionerləri – 1,8 dəfə, mebellər – 6,1 faiz, polietilen – 21,7 faiz, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 11,9 faiz, avtobuslar – 2,0 dəfə artmış, bitki yağı idxalı isə 5,5 faiz, siqaret – 44,5 faiz, çay – 1,5 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 11,6 faiz, sement və sement klinkerləri – 20,9 faiz, məişət soyuducuları – 19,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
30 d. əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
1 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
2 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
3 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
4 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)
.jpg)








.jpg)






