Azərbaycanın telefon bazarında "Samsung"un payı azalır, "Xiaomi"nin payı artır
Bu ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 2,4 faiz bəndi azalıb.
"Global Stats" statistika mərkəzinin məlumatına görə, sentyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 57,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,3 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.
Cari ilin avqust ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 18 faiz bəndi artıb. Bu göstərici sentyabr ayının 1-nə olan məlumata görə 14,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Xiaomi" ölkənin mobil qurğuları bazarında ikinci yeri tutur.
3-cü yerdə bazar payı 12,3% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı avqust ayı ərzində 4,3 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 9,1 faiz bəndi çoxdur.
Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,45%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,02%, LG – 1,79%, "Nokia" – 1,75%, "Lenovo" – 1,34%, HTC – 0,99%, "Alcatel" – 0,76% və s.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 25 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























