Bacarıqlı işçilərinizi itirirsiniz? – ÇIXIŞ YOLU
Bügün ölkəmizdə olduğu kimi dünyada da geniş vüsat almış işçilərin loyallıq məsələsi şirkətlərin biznes inkişaflarına, qoyulan hədəflərə çatılmaması, layihələrin icrasının ləng getməsi kimi böyük fəsadlara gətirib çıxardır.
Bacarıqlı işçilərin bu və digər səbəblərə görə işdən ayrılmaları, xüsusən iri holdinq, bank və müəssisələrdə, strateji dərəcədə əhəmiyyət kəsb edir.
İR sahəsinin ən aktual problemi
İri, orta və ya kiçik ölçüsündən asılı olmadan müəssisələrdə bacarıqlı işçiləri saxlamaq çətindir. Dünyada aktual bir məsələ olduğu kimi ölkəmizdə də İR strukturların ən aktual problemləri arasında yer alır. Bəzən dəyərli işçiləri ən yaxşı motivasiya və loyallıq proqramları ilə belə şirkətdə saxlamaq olmur. O ki qaldı, işçinin təklifləri, səyləri, gözləntiləri doğrulmayanda işçinin şirkətdə qalmasına heç bir səbəb qalmır.
İR sahəsinin ən aktual məsələsi ilə bağlı mütəxəssislərin çıxış yolu təklifləri, məsləhətləri - düşünürəm bizim İR-lar və şirkət rəhbərlərinə maraqlı olar. Çünki bir şirkəti inkişaf etdirən, irəli aparan, doğru qərarlarla doğru nəticələr əldə etdirən məhz bu bacarıqlı işçilərlə olur.
Çıxış yolu – EXIT INTERVIEW
Çox nadir hallarda işçinin işdən ayrılma zamanı onunla hər hansı bir söhbət aparılır. Həmən işçiyə artıq “xain”, vəfasız və sədaqətsiz hisslərlə baxıldığı üçün onunla hər hansı bir səmimi ünsiyyətin qurulmasına yanaşılmır. Halbuki bir şirkətdə işçinin işdən ayrılma qərarı verəndən sonra hər hansı bir asılılığın olmaması onunla səmimi bir çıxış müsahibəsi (EXIT-Interview) aparılması üçün ən uyğun zamandır.
EXIT-Interview nə üçün lazımdır?
İşçinin şirkətdən öz arzusu ilə ayrılarkən onunla doğrulan və doğrulmayan gözləntiləri, rəhbərlik və ya əməkdaşlarıyla qarşılıqlı münasibəti haqqında bir söhbət aparılmalıdır. Əksər şirkətlərdə bu söhbətin məhrumiyyəti ilə çox dəyərli geridönüş məlumatdan və yeni əməkdaşların cəlb olunmasına faydalı ola biləcək yanaşmalardan da məhrum olması mənasındadır. Hətda müəssisə rəhbəri üçün maraqlı bəzi gizli məqamların da gizlədilməsinə gətirib çıxarda bilər.
EXIT-müsahibənin bir başqa sətraltı ismarıcı gedən dəyərli işçi üçün açıq qapı siyasətidir ki, onun təkrar işə qayıtmasına məmnun olacaqlarıdır.
EXIT-Müsahibələri nə vaxt, necə və kim aparılmalıdır
Bacarıqlı işçinin qəti çıxma qərarından sonra tərəflərin bir-birindən asılı olmayan bir vaxtda qarşılıqlı səmimi bir ortamda EXIT-Müsahibə üçün ən ideal vaxtdır.
EXIT-Müsahibə çox səmimi və qarşılıqlı inam əsasında aparılmalıdır ki, istənilən nəticəyə - İR üçün dəyərli geridönüşlü bir məlumat əldə olunsun. Müsahibə zamanı konkret cavabları olan suallar verilməli və sakit bir şəkildə dinlənilməlidir. Heç bir şəkildə tənqidi yanaşılan tərəflərlə bağlı müəssisənin haqlılığına / doğruluğuna çalışılmamalıdır.
Müsahibə tələsmədən etibarlı bir mühitdə aparılmalıdır. İşdən ayrılan işçiyə EXIT-müsahibənin nə məqsədlə aparıldığını söyləməyi unutmayın.
Sonda eks-işçiyə komandakı səylərinə və EXIT-müsahibəyə vaxtını ayırdığına görə şirkət adından təşəkkür edilir.
EXIT-Müsahibədə verilən sualları
Müsahibə səmimi bir ab-havada keçsə də şirkət rəhbərin təmsilçisi konkret suallara cavab almalı olduğunu unudmamalıdır.
Təxmini sualların nümünəsi aşağıda təqdim edilir:
- Sizə verilən tapşırıqları bəyənirdinizmi ?
- İş şəraitindən (yerdən, səsdən, texniki təçhizatdan və s. ) nə dərəcədə məmnun idiniz?
- Şirkət rəhbəri ilə qarşılıqlı ünsiyyətdən nə dərəcədə məmnundunuz?
- Komanda olaraq işləmək nə dərəcədə sizə konfortluydu?
- Karyer hədəfləriniz nələrdir? Hədəflərinizə doğru irəlləyə bildinizmi ?
- Şirkətdə/Bankda xoşunuza gələn və gəlməyən nələr oldu?
- Hansı motivasiya tədbirlərini bəyənirdiniz? Gözləntilərinizə cavab verirdimi ?
- İşə gəliş zamanındakı gözləntiləriniz ilə real iş ortamı zamanında üst-üstə gəldi mi ?
- Müəssisəni başqasına töfsiyə edərdiniz mi?
- Sizin gördüyünüz işi daha effektiv təşkil etmək üçün nə edilə bilər?
- Sizin yerinizə gələn işçi üçün nələri töfsiyə edərdiniz?
- Hansı şirkətə gedirsiniz? O işi necə tapdınız?
EXIT-Müsahibəni kim aparmalıdır?
Müsahibəni şirkət rəhbərləri və ya onun təmsilçiləri və yaxud İR-nın işçi qəbul menecerləri apara bilərlər. Burada ideal, sabit bir düstür yoxdur. Hər bir təşkilatda optimal yol özünə məxsusdur. Ancaq hər bir halda birbaşa bağlı olduğu müdir tərəfindən aparılmamalıdır.
EXIT-Müsahibənin nəticələsini necə istifadə edilməlidir?
Müsahibənin 2 əsas məqsədi var: eks-işçi ilə münasibətin korlanmaması və müəssisədə işi ilə bağı səmimi bir geridönüş məlumatın alınmasıdır.
Müsahibə nəticələrini eks-işçinin tabe olduğu müdiri ilə müzakirə edilməlidir. Burada iş tapşırıqların adekvatlılığı, menecment və komandanın ümumi vəziyyəti, zəif tərəflər və məmnuniyyətsizlik yaradan əsas səbəblər qeyd olunmalıdır.
Müsahibə nəticələri ilə gedən işçinin statusundan asılı olaraq müvafiq üst və ya orta menecmentin hansı idarəçilik kompetensiyaların inkişaf etdirməli olduğunu, kommunikasiyadakı zəif bəndin, işə uyğun tələblərin qoyuluşunu, karyera perspektivlərini də müəyyən eləmək olar.
Hər bir şirkətə/banka/holdinqə loyal bacarıqlı işçiləri ilə inkişaf etməyi, hədəflərinə vaxtında çatmağı və brend kimi formalaşmasını arzu edirik.
© Elnur İslamov, biznes-ekspert
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











